Accessibility links

Hindistan hökuməti üsyançılarla danışıqlara hazır olduğunu deyir - 2004-09-04


Hindistanın baş naziri Manmohan Sing deyir ki, Kəşmirdə olan yaraqlılar da daxil edilməklə zorakılıqları dayandırdıqları təqdirdə onun hökuməti onlarla danışıqlar aparmağa hazırdır. Cənab Sing bunu bu gün Yeni Dehlidə may ayından bəri vəzifəyə keçdiyindən keçirdiyi ilk mətbuat konfransında bəyan edib. Bu bəyənat Pakistan və Hindistana rəsmilərinin yüksək səviyyəli görüşündən bir gün əvvələ təsadüf edir. Pakistan və Hindistan rəsmilərinin Kəşmir problemi də daxil edilməklə bir sıra məsələləri müzakirə edəcəkləri gözlənilir. Xatırladaq ki, 1989 ildən bəri Kəşmirin İslamçı militantları ərazinin müstəqillyi və ya Pakistanla birləşməsi uğrunda mübarizə aparırlar.

XS
SM
MD
LG