Accessibility links

Rusiya prezidenti terror hücumuna məruz qalanlara baş çəkib - 2004-09-04


Bu gün Rusiya prezidenti Vladimir Putin ölkənin cənubuna səfər edərək terror hücumuna məruz qalanlara baş çəkmişdir. Region matəm içərisindədir. Prezident Putin facıənin yaşandığı Beslan şəhərinə səfər etmişdir. O, xəstəxanalara gedərək hadisə zamanı zərər çəkmiş insanlarla görüşmüşdür. Cənab Putin deyib ki, Russiya goşunları girovların azad olunması üçün yer alan döyüş Rusiya qoşunlarının təşəbbüsü və planı əsasında baş vermişdir. Terrorçular tərəfindən məktəbin idman zalında saxlanılan bəzi uşaqların bildirdiyinə görə, bomba gəflətən partlamış və onlardan bəziləri məktəbdən gaçmağa gərar vermişlər. Bundan sonra yaraqlılar onlara atəş açanmışlar. Russiya əsqərləri cavab atəşi açaraq binaya hücüma keçmişlər. Rəsmilərin məlumatına görə girov götürənlərdən 27 nəfər öldürülüb. Onlardan bəziləri hadisə yerindən qaçıb. Bildirilir ki Yaraqlılardan 10 nəfərin ərəb ölkələrindən olduğu bildirilir.

XS
SM
MD
LG