Accessibility links

İraqın keçmiş vitse prezidentinin ələ keçirildiyi bildirilir - 2004-09-05


Xəbər verildiyinə görə İraq hərbi qüvvələri Birləşmiş Ştatlar hərbi qüvvələrinin müşayəti ilə Səddam Hüseynin hakimiyyəti zamanı vitse prezident İzzət İbrahim Əl Dourini ələ keçiriblər. İraq rəsmisi İraqın müdafiə nazirinə əsaslanaraq buildirib ki, bu gün Tikrit şəhərində Milli Hərbi Qüvvələrlə militantlar arasında baş verən döyüşlər zamanı 70 nəfər yaraqlı qətlə yetirilmişdir. Birləşmiş Ştatlar rəsmiləri isə Əl Dourinin Amerikanın nəzarəti altında olduğu barədə xəbəri təkzib etmiş və demişlər ki, həmin şəxsin İraq hərbi qüvvələri tərəfindən ələ keçirildiyi də hələ təsdid edilməyib. Lakin İraq rəsmilərinin dediyinə görə həmih şəxsin Əl Douri olub -olmadığını təsdiq etmək üçün qanı təhlil edilir. Xatırladaq ki, Birləşmiş Ştatlar İraq militantlarına yardım etməkdə günahlandırılan, İraqın keçmiş vitse prezidenti Əl Dournin ələ keçirilməsinə yardım edənə 10 milyon dollar vəd etmişdi.

XS
SM
MD
LG