Accessibility links

Iraqda bu gün 34 adam həlak olub - 2004-09-07


İraqın Sədr şəhərində bu gün Birləşmiş Ştatların hərbi qüvvələri ilə yaraqlılar arasında döyüşlər aparılııb. Döyüşlər zamanı 34 adamın həlak olduğu bildirilir. Amerika qüvvələrinin bildirdiyinə görə tank və zirehli maşınlar Sədr şəhərinə ABŞ patrul qüvvələrinin hücuma məruz qalmasından sonra daxil olmuşlar. Döyüşlərə qırıcı təyyarələr də cəlb edilmişdi. İraqın səhiyyə işçiləri son 24 saat ərzində ABŞ qüvvələri və militantlar arasında bir neçə dəfə qarşıdurma olmuşdur. Keçən ay şiə liderlərin atəşkəs əldə edib, Nəcəf şəhərinin 3 həftəlik döyüşlərinə son qoymasından sonra radikal ruhani Əl-Sədrə sadiq qüvvələrlə bu, ilk döyüşlərdir. Bu gün həm də Bağdad valisi Əli Əl-Haydiri sui-qəsd cəhdindən xilas ola bilmişdir. Şahidlərin dediyinə görə onun maşın karvanı silahlı şəxslər tərəfindən atəşə tutulmuşdu. Həmin yerdə partladılan bomba bir nəfərin həlak olmasına səbəb olmuşdu.

XS
SM
MD
LG