Bu gün Bakıda Amerika səfirliyinə bomba hücumu xəbərdarlığı ilə zəng edən Cavanşir Sadıxov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Sadıxovu yanlış məlumat yaymaqda ittiham etmişdir. Cavanşir Sadıxobun vəkili apelyasiya məhkəməsinə müraciət ediləcəyini bildirmişdir. O, müştərisinin işgəncələr altında səfirliyə zəng etdiyini etiraf etməsinə məcbur edildiyini demişdir.