Accessibility links

Cakarta hücümunun arxasında terror qrupu dayanır - 2004-09-10


Jakartadakı Avstraliya səfirliyi garşısında dünən baş vermiş partlayış nəticəsində 9 nəfər gətlə yetirilmiş, 180 nəfər yaralanmışdı. Avstraliyanın Xarıcı İşlər Nazirliyi bildirib ki, hadisədən qısa müddət əvvəl partlayış barədə xəbərdarlıq alınmış və faktlar islamçı terrorist gruplarının bu hücumun məsuliyyətini daşıdığını təsdiq edir. Terroristlərin internet səhifəsində dərc olunmuş bəyanatda bildirilir ki, 2002-ci ildə Bali şəhərindəki gecə klubu və Jakartadakı Mariott mehmanxanasında bomba partlayışlarını həyata keçirən Cəmiyyə İslamiyyə terrorist grupu partlayişın məsuliyyətini öz üzərinə götürmüşdür. Bəyanatda bildirilir ki, grup “Avstraliyanın cavab verməli olduğu” barədə gərar gəbul etmişdir.Partlayış nəticəsində həlak olanların hamısı İndoneziya vətəndaşları idi. Terrorizmə garşı müharibədə Vaşıngtona yardıma görə, Avstraliya terrorçuların hədəfinə çevrilmişdir.

XS
SM
MD
LG