Accessibility links

Əfqanıstandakı Amerika əsgərləri 11 Sentyabr hadisələrinin qurbanlarının xatirəsini yad edirlər - 2004-09-11


Əfqanıstanda Birləşmiş Ştatların və müttəfiqlərinin hərbi qüvvələri 2001-ci il sentyabrın 11-də terrorçuların Birləşmiş Ştatlara etdikləri hücumları nəticəsində həlak olanların əziz xatirələrini qeyd ediblər. Birləşmiş Ştatların Baqram hərbi bazasındakı əsgələri terrorçuların ələ keçirdikləri təyyarələrlə Nyu Yorkun Dünya Ticarət Mərkəzi və Petanqona etdiklər hücumların video kasetinə baxıblar. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi mayor Skott Nelson deyib ki, Əl-Qaida terror şəbəkəsilə bağlı olan taleban döyüşçüləri Əfqanıstanın bütün məntəqələrində gözdən düşüblər. Birləşmiş Ştatlar hərbi qüvvələrinin əməliyyat komandiri Associated Pressə deyib ki, Ösama bin Laden və onun müavinləri Əfqanıstana hücumların edilməsi barədə birbaşa sərəncam verirlər. Pakistanda isə təhklhükəsizliyi nəzərə alaraq 11- sentyabrın üçüncü ildönümü mərasimlərlə qeyd edilməyib.

XS
SM
MD
LG