Accessibility links

İvan qasırğası dağıntılar törətməkdə davam edir - 2004-09-12


Keyman Adalarına üz tutmuş İvan qasırğasının bu gün həmin ərazıdə güclü dağıntılar və daşqın törətdiyi haqda xəbərlər gəlir. Birləşmiş Ştatlar Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə qasırğa əsas ada olan Qrand Keymanın yanından keçərək oranı saatda 250 kilometrlik küləklərə məruz qoymaqdadır. Meteroloqların verdiyi xəbərə görə şimal-qərbə tərəfə hərəkət edən İvan qasırğası güman ki, sabah Kubanı vuracaq. Xatırladaq ki, İvan qasırğası indiyə kimi 44 nəfərin ölümünə bais olub.

XS
SM
MD
LG