Accessibility links

İraqda zorakılıqlar davam edir - 2004-09-12


İraq rəsmiləri Birləşmiş Ştatların hərbi qüvvələrilə qiyamçılar arasında Bağdadın mərkəzində baş verən atışmalarda azı 13 nəfərin öldüyü və 55 nəfərin isə yaralandıığını bildirirlər.

Qiyamçılar dan yeri ağararkən müvəqqəti hökumətin binası və xarici ölkələrin səfirliklərinin yerləşdiyi Yaşıl zona adı ilə tanınan bölgəni raket və minomyotlarla atəşə tutmuşlar. Bu atışmalar bir neçə həftədən bəri baş verən döyüşlərin ən şiddətlisidir. Associated Press bildirir ki, atışmalarda Əl-Ərəbiyyə telviziya kanalının bir müxbiri həlak olub.

Birləşmiş Ştatların hərbi qüvvələrilə qiyamçılar arasında Bağdadın mərkəzi küçələrindən bir olan Hayfada da atışmalar baş verib. Atışmalarda Amerika əsgərlərinin mindiyi bir döyüş maşının yanması nəticəsində 4 əsgər yaralanmışdır. Bundan sonra Amerikanın vertolyotu qiyamçıların mövqeyini atəşə tutmuşdur. Şahidlər deyirlər ki, vertolyutun atəşi nəticəsində bir neçə adam ölmüşdür.

Yaraqlıların yerləşdiyi Bağdadın qərbindəki Ramadidə də Amerika əsgərlərilə yaraqlılar arasında atışmalar baş verib. Xəstəxananın nümayəndəsi atışmalarda 10 nəfərin öldüyü və 40 nəfərin də yaralandığını bildirib. İraq Dövlət Naziri Qasim Davud yaraqlılara, terrorçulara və Səddam Hüseynə sadiq qüvvələrə qarşı şiddətli hücumun başlandığı barədə dünən bəynat verib.

İraq rəsmiləri deyirlər ki, Bağdadda bomba partlayışı nəticəsində iki polis zabiti həlak olub.

XS
SM
MD
LG