Accessibility links

Əfganıstanın Herat şəhərində vəziyət tədricən normallaşır. - 2004-09-13


Əfganıstanın prezidenti Həmid Karzay, Herat vilayətinə uzun müddət rəhbərlik etmiş nüfuzlu islamçı səhra komandiri İsmayıl Xanı vəzifəsindən kənarlaşdırandan sonra, vilayətdə ölümlə nəticələnmiş nümayişlər başlamışdı. Cənab Xanın vəzifəsindən kənarlaşdırılmasından gəzəblənmiş üzlərlə insan dünən küçələrə çıxmış, BMT-nin və yardım grupu təşkilatlarının idarələrinə hücum etmişlər. Bəzi yardım işçiləri bunkerlərdə gizlənmiş, digərləri isə ABŞ-ın hərbi düşərgəsinə köçürülmüşdü. Dövlət nümayndələri növbəti zorkiliqların garşısını hərbi güvvələr vasitəsi ilə alacaqları barəd bəyan etdikdən sonra, cənab Xan dünənki televiziya bəyanatında tərəfdarlarını təmkinli olmağa çağırmışdır. Gecə vaxtı komendant saatı tədbiq olunmuşdur.Rəsmilərin və şahidlərin bildiridiyinə görə, hökümətin və ABŞ-ın rəhbərliyi ilə koalissiya güvvələrin birgə patrulların küçələrə nəzarəti altında, şəhər normal vəziyətə gayıdır. ABŞ-ın hərbi nümayəndəsi mayor Skott Nelson Kabildə müxbirlərə bildirmişdir ki, hökümət vəzifəsindən kənarlaşdırılmış gubernatora sadiq olan döyüşçülərin tərksilahına başlamışdır. Heratdakı zorakılıqlar Əfganıstanda keçiriləcək prezident seçkilərinə bir ay galmış baş verib. Mayor Nelsonun sözlərinə görə, şəhərdəki təhlükəsizliyin vəziyyəti narahatçılıq hissi gətirsə də, uzun müddətli sabitliyi təmin etmək məqsədi ilə tədbirlər həyata keçirilir. Vəzifəsindən kənarlaşdırılmış İsmayıl Xan, 1980-ci illərdəki Sovet işgalına garşı mübarizənin veteran rəhbəri və prezident Karzayın kəskin təngidçisidir. O, istefası barədə gərarı rədd etmişdir və milli tərksilahlanma kampaniyası çərçivəsində ona tabe olan yaraqlıların tərkhsilahlanması tələblərinə məhəl goymamışdır. Dünən Kabildə müxbirlər ilə söhbət edən ABŞ-ın Əfganıstandakı səfiri Zalmay Xəlilzad şəhərdə növbəti zorakılıqların mümkünlüyü barədə xəbərdarlıq etmişdir. Heratdakı zorkaılıqlar zamanı əsas zərər çəkənlər, gayda ganunun bərpası məgsədi ilə Əfgan polisi və ordu nümayəndələri tərəfindən açılmış atəş nəticəsində yaralanan mülki insanlar olmuşlar. ABŞ-ın hərbiçiləri 15 nəfər amerikalı və 3 nəfər əfgan goşunları əsqərinin nümayişçilər ilə togguşma nəticəsində yaralanmışını, lakin onlar tərəfindən atəşin açilmaması barədə məlumat vermişlər. Bundan əlavə olaraq, mayor Nelson bildirib ki, Əfganıstanın cənubundakı ABŞ-ın rəhbərlik etdiyi koalissiya güvvələri ilə vuruşmalarda, 3 nəfər ərəb daxil olmaqla, 22 nəfər Taliban və Əl-Qayda ilə əlagədə şubhələnilən yaraqlı öldürülmüşdür.

XS
SM
MD
LG