Accessibility links

İordaniya şirkətinə 48 saat möhlət verilib - 2004-09-14


Əl-Cəzirə tele-kanalının yaydığı məlumata görə Tohid pələngləri briqadası adlanan qrup tərəfindən girov götürülən iordaniyalı yük maşını sürücüsü öldürülə bilər. Qrup həmin şəxsin işlədiyi şirkətə İraqdakı fəaliyyətini dayandırmasına 48 saat möhlət verib. Videoda girov götürülən iordaniyalı 3 silahlı kişi arasında göstərilib. Onun pasportu nümayiş etdirilib və sürücünün Amerika qüvvələrinə yanacaq daşıdığını etiraf etdiyi bildirilib.

XS
SM
MD
LG