Accessibility links

BAEA İranla bağlı yığıncaq keçirir - 2004-09-14


Beynəlxalq Atom Enerjisi Agentliyinin 35 üzvlü idarə heyəti bağlı qapılar arxasında İranın nüvə probleminin həlli məqsədi ilə yığıncaq keçirir. Britaniya, Fransa və Almaniya İranı təcili şəkildə bütün obyektlərin yoxlanışına imkan yaratması çağırışı ilə qərnamə layihəsi üzərində işləyir. Bu obyektlər arasında ağır su reaktorunın inşası da yer alır. Belə ki, reaktordan plutoniumun istehsalı üçün istifadə edilə bilər. Qətnamə layihəsində İranın qərb dövlərləri ilə razılaşdırdığı uranın zənginləşdiirlmə proqramını dayandırmaması ilə bağlı təəssüf ifadə edilir. Qətnamə layihəsində İran uranın zənginləşdirilməsi ilə bağlı bütün fəaliyyətlərini dayandırmasına çağırılır. Sənəd uranın zənginləşdirməsinin yalnız bomba istehsalı üçün nəzərdə tutulduğu barədə Amerikanın fikirləri ilə üst-sütə düşür. Birləşmiş Ştatlar bildirir ki, uranın zənginləşdirilməsi sentrifuqasının əldə edilməsi İranın iddia etdiyi kimi sülh mahiyyəti daşıya bilməz. Amerika oktyabr ayının sonunadək İranın qara bazarlardan əldə etdiyi nüvə texnologiyasının tam siyahısının hazırlanması tələbi ilə qərnamə qəbul edilməsini istəyir. Beynəlxalq Atom Enerjisi Agentliyinin kompromis qətnaməni cari həftənin sonunadək qəbul edəcəyi gözlənilir.

XS
SM
MD
LG