Accessibility links

Ariel Şaron Suriya ilə danışıqlar aparmayacaq - 2004-09-14


İsrail Baş Naziri Ariel Şaron bildirib ki, onun Suriya ilə danışıqlar aparmaq fikri yoxdur. Haaretz qəzetinə verdiyi müsahibədə cənab Şaron deyib ki, Amerika elçisi Eliot Abramz Romada görüş zamanı ondan Suriya ilə danışıqları nəzərdən keçirməyi xahiş etmişdi. Amma İsrail rəhbəri bu xahişi o vaxt rədd edib. Cənab Şaron 2000-ci ildə qırılmış danışıqlar prosesini yenidən bərpa etməyi lüzumsuz hesab edir. Onun fikrincə İsrail Suriyanın sərhəd və su məslələləri ilə bağlı irəli sürdüyü tələblərə cavab vermək niyyətində deyil.

XS
SM
MD
LG