İraq rəsmiləri ölkə miqyasında baş verən zorakılıqlarda 12 nəfərin həlak olduğu və 16 nəfərin yaralandığını bildirirlər. İraqın Daxili İşlər Nazirliyi bildirir ki, bu gün səhər paytaxtın cənubundakı Suvariya şəhərində bomba partlayışı nəticəsində 2 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdır. ABŞ-ın rəsmiləri isə bildirirlər ki, Amerika əsgərləri paytaxtın şimal bölgəsindəki bir yolda üç başsız cəsəd tapıblar. Lakin onların kimliyi hələlik məlum deyil. Bu arada yaraqlılar bildirirlər ki, onlar iyulda girov götürdükləri milliyətcə türk olan yük maşını sürücüsünü bu gün azad ediblər. Türkiyə rəsmiləri bu xəbəri təsdiq ediblər. İordaniyanın nəqliyyat şirkəti isə yük maşını sürüçüsünü girovdan azad etmək üçün yaraqlıların tələbinə uyğun olaraq, İraqdakı işlərini dayandırdığını bildirib.