Accessibility links

Kabildə 3 amerikalı azadlıqdan məhrum edilib - 2004-09-15


Kabil məhkəməsi 2 amerikalını 10, birinı isə 8 ilədək azadlıqdan məhrum edib. Bu şəxslər özəl həbsxana saxladıqları və qeyri-qanuni həbslərə görə ittiham ediliblər. Onlarla bərabər 4 əfqan müqəssir bilinərək, 1 ildən 5 ildək həbs cəzasına məhkum edilib. Bildirildiyinə görə Kabildə şəxsi həbsxanaya malik olan müttəhimlər məhbuslara işgəncə verirmişlər. Amerikalılar ittihamları rədd edərək, Pentaqonla birbaşa əlaqədə olduqlarını iddia edirlər. Amerika hökuməti isə qrupla əlaqəsi olduğunu inkar edir.

XS
SM
MD
LG