Accessibility links

İranın nüvə fəaliyyətlərinin müzakirəsi davam edir - 2004-09-16


Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyana yığıncağında silahlar üzrə keçmiş müfəttiş, nüvə eksperti Deyvid Allbrayt Tehran yaxınlığındakı hərbi kompleksin satilit şəkillərini agentliyə təqdim edib. Həmin bu obyektin nüvə silahları istehsalı, habelə araşdırma mərkəzi olduğu təxmin edilir. İran bu iddiaları rədd edərək, obyektdə heç bir nüvə fəaliyyəti ilə məşğul olunmadığını bildirir. İrandan alınan digər bir xəbərdə deyilir ki, İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncani gələn il prezident seçkilərində iştirakı məsələsini nəzərdən keçirir. Tehranda müxbirlərlə görüşü zamanı eks-prezident deyib ki, namizədliyi xalq tərəfindən müdafiə edilərsə, o, seçkilərə qoşula bilər.

XS
SM
MD
LG