Accessibility links

İraq polisi hücümlara məruz qalır - 2004-09-17


Bağdadda polis maşın karvanı yaxınlığında bir intiharçı maşınına yerləşdirilmiş bomba partlayışı nəticəsində 5 nəfər həlak olub. Bu hücum bir həftə ərzində İraq polisinə qarşı üçüncü hücumdur. İraq rəsmiləri deyirlər ki, partlayış nəticəsində təxminən 20 nəfər yaralanıb. Bu gün həmin məntəqədə ABŞ-ın hərbi qüvvələrilə qiyamçılar arasında atışmalar olub. Xəbərlərə əsasən, çoxsayda adam tutulub. Baquba şəhərində də polis maşını hücuma məruz qalıb. Nəticədə 10 polis və onların sürüçüsü həlak olub.Dünən ABŞ-ın hərbi təyyarələri Fəlluca şəhərində İordaniya mənşəli Əbü Müsab Zərqavi ilə əlaqəsi olan terrorçuların gizləndikləri yeri bomnbardman ediblər. ABŞ-ın hərbi rəsmilərinin bildirdiyinə görə əməliyyat nəticəsində 60 terrorçu öldürülüb.

XS
SM
MD
LG