Accessibility links

Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi çıxılmaz vəziyyətə düşə bilər  - 2004-09-18


Türkiyə parlamenti bu gün qanuni islahatlarla bağlı paketi təsdiq etmədən iclasını təxirə salmışdır. Avropa Birliyinin genişlənmə üzrə nümayəndəsi Günter Verhuaqer Ankaranın bu qərarına aydınlıq gətirməsini tələb edib. Qeyd edək ki, Avropa Birliyi oktyabr ayının 6-dan, Türkiyənin Birliyiə üzvlüyü danışıqlarına başlaması ilə bağlı hesabatın açıqlanmasından əvvəl Türkiyənin islahatları qəbul edəcəyindən əmin olmaq istəyirdi. Türkiyə parlamentinin oktyabr ayının birinidək iclas çağıracağı gözlənilmir.

XS
SM
MD
LG