Accessibility links

Militantlar İraqlı əsgər öldürüb - 2004-09-19


Amerika hərbiçilərinin verdiyi məlumata görə, 1 nəfər İraqlı əsgər qətlə yetirilmiş, 3 amerikalı və 3 İraqlı əsgər isə yaralanmışdır. Rəsmilərin bildirdiyinə görə, patrulda olan əsgərlər Samarra şəhərində baş vermiş bomba partlayışı nəticəsində yaralanıb. Samarra şəhəri İraqda daim Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrilə yaraqlılar arasında vuruşların baş verdiyi qızğın nöqtə hesab olunur. Bundan əlavə İraq hərbçiləri bildirmişlər ki, Bağdadın ətrafındakı Süvariyyə şəhərində 4 nəfər militant yolkənarı bomba yerləşdirməyə cəhd etdikləri zaman özlərini partlatmışlar.

XS
SM
MD
LG