Bütün şərqi Amerika boyu insanlar İvan qasırğasının qoyub getdiyi dağıntıları təmizləməklə məşğuldur. Tufan cənubi Birləşmiş Ştatlar Körfəzindən tutmuş şimaldakı Ohayo və Pennsilvaniya ştatlarına kimi geniş ərazilərdə daşqınlar törətmişdir. Ən çox ziyan Florida və Alabama ştatlarına dəymişdir. Burada İvan qasırğası minlərlə evi dağıtmış, körpüləri və yolları sıradan çıxarmışdır. Zərərçəkmiş zona əhalisinin bu gün ərzaq və su almaq üçün növbəyə dayandıqları xəbər verilir. Baş vermiş fəlakətlə əlaqədar olaraq Prezident Buş bu gün Florida və Alabama ştatlarına gedərək yerdə vəziyyətlə tanış olub.