Accessibility links

Prezident Buş Floridada olub - 2004-09-20


Prezident Buş qasırğanın təsirinə məruz qalanlara mənəvi və maddi dəstək verdiyini bildirib. Amerikanın Alabama və Florida ştatları İvan qasırğasının ən güclü təsirinə məruz qalan ştatlardır. Dünən prezident Buş dağılmış ərazilərdə olmuş, evsiz qalmış insanlarla görüşmüşdü. Yardım işçiləri ilə görüşündən əvvəl prezident viran olmuş sahillərə, sakinləri didərgin düşən dağılmış yaşayış bölgələrinə baş çəkmişdi. Prezident qasırğa qurbanlarına tez bir zamanda yardım göstəriləcəyini bildirmişdir. Son ay ərzində prezident Buş Floridaya üçüncü dəfə səfər edir. 2000-ci il prezident seçkilərində həlledici rol oynayan Florida Ağ Ev uğrunda builki seçkilərdə də böyük əhəmiyyət kəsb edəcək. Seçkilərə iki aydan da az qaldığı vaxt rəy sorğuları prezident Buşun irəlidə getdiyini göstərir.

XS
SM
MD
LG