Accessibility links

Seçkiqabağı kampaniyalar Nyu-Yorkda davam edir - 2004-09-20


Bu gün seçki kampaniyaları Nyu-York şəhərində aparılır. Senator Kerri xarici siyasət platformasını açılamışdır. Nyu-York universitetində çıxış edən senator Buş administrasiyasını İraq müharibəsi, prezident Buşu isə İraqdakı vəziyyətlə bağlı Amerika xalqına yanlış məlumat verməkdə günahlandırmışdır.Bu gün Nyu Həmpşirdə kampaniyasını davam etdirən prezident Buş günün ikinci yarısı Nyu-Yorkda olacaq. Sabah prezidentin BMT-də çıxışı gözlənilir. Hər iki namizəd bu gün axşam kampaniyaları üçün maliyyə vəsaiti toplayacaqlar. Tərəflər sentyabr ayının 30-dan etbarən iki həftə ərzində 3 dəfə debat keçirmək haqda razılıq əldə ediblər.

XS
SM
MD
LG