Accessibility links

Prezident Buş BMT-də çıxış edib - 2004-09-21


Prezident Buş bu gün Nyu Yorkda Birləşmiş Millətlə Təşkilatının Baş Assambleyasının iclasında çıxış edib. Səddam Hüseynin devrilməsindən sonra ilk dəfə olaraq BMT Baş Assamblyeası qarşısında etdiyi çıxışda Prezident Buş özünün İraqda müharibə yapmaq qərarını müdafiə edib. Sakit auditoriya qarşısında danışan Buş xarici nümayəndələrə Amerikanın İraq xalqını özbaşına diktatordan azad etdiyini söyləmişdir.

Prezident Buşun keçən il BMT Baş Assambleyasındakı çıxışı demək olar ki, bütünlüklə Amerikanın İraqa siyasəti və terrorçuluğa qarşı müharibə mövzusuna həsr olunmuşdu. O zaman Birləşmiş Ştatlar prezidenti dünya ictimaiyyətini Səddam Hüseyn rejiminə qarşı qətiyyət göstərməyə çağırmışdı. Bu dəfəki çıxışında da eyni notları səsləndirən Buş radikalizmə və terrora qarşı ədalət və ləyaqətlə mübarizə aparmağın vacibəliyini vurğuladı. Buşun dediyinə görə Iterrorçular inanırlar ki, intihar və qətlə haqq qazandırmaq olar. Və onlar bu inancdan doğan məntiqlə hərəkət edirlər. Buna misal olaraq BŞ Prezidenti son zamnalra cərəyan edən terror olaylarından xüsusilə də Rusiyadakı məktəbdə baş verən kütləvi qırğın haqda bir neçə söz söylədi.

Bu ay Beslanda biz gördük ki, terrorçular öz müvəffəqiyyətlərini öldürüdüyü insanların sayı və qurbanların ailələrinin ağrısı ilə ölçürlər. Rus uşaqları buna layiq deyildilər, deyə Buş dünya ictimaiyyətini terrora və tiranların zülmünə qarşı mübarizədə birlik nümayiş etdirməyə səslədi.

Təkcə İraq yox, dünyanın başqa guşələrində də demokratiyanın bərqərar olmasının vacibliyindən söz açan Amerika lideri azadlığın və firavanlığın dünyaboyu yayılmasını təmin edəcək yeni Demokratiya Fondunun yayılması təklifini irəli sürdü.

Buşun çıxışından əvvəl BMT-nin iclasını açan Baş Katib Kofi Annan 191 millətin nümayəndəsinə qanunun aliliyinin dünya boyu təhlükə ilə üzləşdiyini demişdi. O, insanları, ələlxüsus da günahsız uşaqları öldürən terrorçuları pisləyərək onları fundamental qanunlara riayət etməyə səsləmişdi. Eyni zamanda son vaxtlar Kofi Annan Amerikanın İraqdakı siyasətinə qarşı da tənqidi mövqe tutub.

Mütəxəssislərin dediyinə görə Prezident Buşun BMT-dəki çıxışı xarici liderlərdən çox daxili auditoriyaya ünvanlanıb. İraqda davam edən gərginlik cənab Buşun qarşıdan gələn prezident seçkilərində qalib gəlmək şanslarına təhlükə törədir. Və belə görünür kiə Buşun Demokrat partiyasında olan rəqibi Con Kerri son zamanlar bu zəif nöqtədən faydalanmağa çalışır. Dünən öz çıxışında Senator kerri Buş administrasiyasını İraqı fəlakətə sürükləməkdə ittiham edib. Onun dediyinə görə Prezident Buş Amerika xalqına İraq barədə həqiqəti deməyib.

Öz növbəsində Kerrinin tənqidinə cavab verən Buş onu qətiyyətsizlikdə günahlandıraraq İraqa dair siyasətədə Senator Kerrinin mövqeyini tez-tez dəyişdirdiyini söyləmişdir. Buşun seçki kampaniyasın nümayəndələri İraqdakı mübarizənin qarşıdan gələn seçkilərdə əsas mövzu olacağını deyərək, prezidentin bu yönümdə tutduğu kursa sadiq qalacağını bildirirlər.

XS
SM
MD
LG