Accessibility links

İran prezidenti uranın zənginləşdirilməsini qəbul etməyə çağırır - 2004-09-22


İran prezidenti Məhəmməd Xatəmi beynəlxalq ictimaiyyəti uranın zənginləşdririlməsi proqramını qəbul etməyə çağırıb. Kabinet nümayəndələri ilə görüşündən sonra müxbirlərlə danışan prezident deyib ki, silahların yayılmasının qarşısının alınması proqramı çərçivəsində İranın buna qanuni haqqı var. Beynəlxalq Atom Enerjisi Agentiyi İrandan bu sahədəki bütün fəaliyyətlərini dondurmasını tələb edir. İran isə tələbi rədd edərək, agentliyin mümkün sanksiyalarla bağlı BMT-nin Təhlükəszlik Şurasına müraciət etdiyi təqdirdə, beynəlxlaq müfəttişlər tərəfinfən nüvə obyektlərinin yoxlanışına yol verməyəcəyi ilə hədələyib. İsrailin xarici işlər naziri Silvan Şalom bu BMT-ni saksiyalarla bağlı addımlar atmağa çağırıb.

XS
SM
MD
LG