Accessibility links

Sudan hökuməti müxalifəti çevriliş cəhdində suçlayır - 2004-09-25


Sudan rəsmiləri bildirirlər ki, onlar ana müxalifət partiyası tərəfindən hazırlanmış çevriliş qəsdinin üstün açıblar. Onların iddiasına görə müxalifətçilər ali dövlət dnümayəndələrini öldürmək və dövlət binalarını partlatmaqla hakimiyyəti ələ keçirməyi planlaşdırırdılar. Dövlət mediasıın yazdığına əsasən, bu çevriliş cəhdinə həbsdə yatan, müxalif Xalq Konqres Partiyasının lideri Həsən əl-Turabi başcılıq edirmiş. Bununla əlaqəli xəbərdə isə yüksək vəzifəli BMT nümayəndəsinin Çadda Sudanın Darfur bölgəsindən qaçmış insanlara baş çəkdiyi xəbər verilir. Fransız xəbərlər agentliyinin yaydığı məlumata görə qaçqınlar üzrə BMT ali komissarı Ruud Lubberzin səfər etdiyi İriba düşərgəsində 15 min Sudanlı qaçqın sığınacaq tapıb.

XS
SM
MD
LG