Birləşmiş Ştatlrın Daxili Təhlükəsizlik nazirliyi anti-terror təlimləri keçirmək üçün Nyu Meksika ştatında yerləşmiş Playas şəhərini alır. Bu məlumatı verən Nyu York Tayms qəzeti yazır ki, ucqar çöllükədə yerləşən şəhərin alınması 5 milyon dollara başa gələcək. Qəzet yazır ki, 1970-ci ildə Meksika ilə sərhəd yaxınləğənda salınmış bu şəhərin əhalisi indi cəmi 50 nəfərdən ibarətdir. Yerli rəsmilərin bildirdiyinə görə, Playas Amerika şəhərləri tişində olduğuna görə təlimlər üçün ən uğurlu seçimdir. Burada terror hücumlarının qarşısının alınması üçün təhlükəsizlik, tibbi və hərbi personal təlimlər keçəcək.