Accessibility links

Tac Mahalın 350 yaşı tamam oldu - 2004-09-27


Hindistan dünyanın ən məşhur məhəbbət abidəsi Tac Mahalın 350 illiyini qeyd edir. Moğul imperatoru Şah Cahanın sevdiyi həyat yoldaşının şərəfinə tikdirdiyi mavzoley qarşısına bu gün yüzlərlə məktəb şagirdi toplaşıb. Yerli turizm nümayəndələri turist kişilərin boyunlarına çiçək hörükləri taxıb, sari geymiş qadınların alınlarına isə qırmızı xal vurublar. Tac Mahal 2000-ci ildən terror təhlükəsi səbəbi ilə günəş batdıqdan sonra bağlı saxlanılır.

XS
SM
MD
LG