Accessibility links

İsrail Qəzzanın cənub bölgəsinə hücum edib - 2004-09-27


Şahidlərin dediyinə görə İsrailin döyük vertolyotları Qəzza zolağının cənub bölgəsini atəşə tutublar. Hücum zamanı bir nəfərin həlak olduğu, digər bir neçə adamın yaralandığı xəbər verilir. Tibb işçiləri müqavimət komitəsinin aparıcı fəallarından olan Məhəmməd Əbu Nasiranın hədəf alındığını və hücum nəticəsində onun yaralandığını bildiriblər. Qəzzada İsrail qüvvələri tərəfindən İsrailin sərhədlərdə bomba yerləşdirdiklərini iddia etdiyi iki fələstinli öldürülüb. Xan Yunus qaçqın düşərgəsində israillilərin atəşi nəticəsində 3 adamın həlak olduğu xəbər verilir.

XS
SM
MD
LG