Birləşmiş Ştatların İraqdakı rəsmi şəxsləri bildirirlər ki, ABŞ-ın Sədr şəhərində həyata keçirdiyi havadan raket hücumları nəticəsində azı dörd nəfər həlak olub. Xəstəxanadan verilən məlumata görə isə azı 40 nəfər yaralanmışdır. Maşına yerləşdirilmiş bombanın partlaması nətcəsində 3 iraqlı milli qvardiyaçı həlak olub. Bu arada isə rəsmi şəxslər bildirirlər ki, iraqlı mülki şəxsin qətlində təqsirli bilinən iki amerikan əsgərinə qarşı ittiham irəli sürülüb. Qətlin detalları barədə məlumat verilmir.