«İctimai televiziya və radio yayımı haqqında» qanun bu ilin yanvarında qəbul olunub. Lakin martda ölkə prezidenti sənədə veto qoyaraq yenidən Milli Məclisin müzakirəsinə təqdim edib. Qeyd edək ki, qanun Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əsasən qəbul edilir və sənədlə bağlı Avropa Şurasının espertləri çoxsaylı təkliflər irəli sürüb. Qanun layişəsini parlamentin müzakirəsinə təqdim edən deputat Rizvan Cəbiyev Avropa Şurasının ekspertlərinin təkliflərinin qanunda əksini tapdığını desə də yerli ekspertlər bunun əksini söyləyir. Yerli ekspertlərin fikrincə, qanun ictimai televiziyaya dövlətin nəzaərət etməsi üçün imkanlar yaradır.