Accessibility links

Iraq Baş Naziri Fəllucə militantlarına xəbərdarlıq etdi - 2004-09-28


İraqın müvəqqəti baş naziri İyad Ələvi xəbərdarlıq edib ki, əgər Fəllucədəki problem danışıqlar vasitəsilə yoluna qoyulmazsa onda hökumət hərbi qüvvədən istifadə edə bilər. Cənab Ələvi Ərəb televiziya kanalına verdiyi müsahibədə bu sözləri deyirkən, Amerika təyyarələri Fəllucədə qiyamçıların toplaşdıqları hədəflərə hava zərbələri endirib. Bu gün erkən Birləşmiş Ştatlar hərbi rəsmiləri Əbu Müsab əl-Zərqavi ilə əlaqəsi olan şəxslərin adətən içində terror əməliyyatları planlaşdırdıqları məntəqənin vurulduğunu xəbər verib. Hələlik öldürülənlərin sayı məlum deyil. Amma həkimlərin söylədiyinə görə dünən baş vermiş hücum nəticəsində ən azı 3 adam həlak olub. Başqa xəbərə əsasən Bağdadda hava qüvvələri ilə müşaiyət olunan Amerika əsgərləri Sədr qəsəbəsində Şiə militantları ilə toqquşmuşlar. Ramadidə Amerika hərbi karvanı yaxınlığında maşına qoyulmuş bomba partlamış, Samarrada isə əl-Zərqavi tərəfdarları küçə nümayişi keçirmişlər.

XS
SM
MD
LG