Accessibility links

Bağdadda partlayışlar zamanı 41 adam həlak olub - 2004-09-30


Bağdadın qərb hissəsində bir neçə partlayış zamanı azı 41 nəfər həlak olub, 130-dan çox adam yaralanıb. Şahidlər ölənlər və yaralananların çoxunun uşaq olduğunu deyirlər. Partlayışlar demək olar ki, eyni vaxt ABŞ-ın hərbi konvoyunun yeni su və kanalizasiya sisteminin açılışı mərasiminin keçirildiyi yerdən keçdiyi zaman baş vermişdir. Şahidələr deyir ki, ilk partlayış uşaqlar yol boyu konfet atan ABŞ əsgərlərinin konvoyuna tərəf qaçan zaman baş vermişdir. Bu hadisədən öncə isə Bağdaddakı Əbu Qureyb həbsxanası yaxınlığında intiharçının bombanı partlarması nəticəsində bir Amerika əsgəri və iki İraq polis nəfəri ölmüşdür.

XS
SM
MD
LG