Accessibility links

İraqın baş naziri seçkilərin yanvarda keçirələcəyinə söz verir - 2004-09-30


İraqın bşa nazir İyad Əlavi Bağdadda və digər şəhərlərdə üsyançıların zorakıqlarının artmasına baxmayaraq, seçkilərin müəyyən edildiyi kimi yanvar ayında keçiriləcəyinə bir daha söz verib. Londonda keçirdiyi görüşlərinin birində çıxış edən cənab Əlavi deyib ki, o əmindir ki, İraq xalqı demək olar ki, bütünlüklə azad şəkildə səs verə biləcək. Baş nazirin bildirdiyinə görə, xalq səsvermənin təyin olunmuş vaxt keçirilməsini istəyir. Birləşmiş Ştatlar rəsmiləri səsvermə məntəqələrinin üsyançıların əsas fəaliyyət mərkəzlərindən kənar olması haqda narahatlıqlarını dilə gətirmişdilər.

XS
SM
MD
LG