Accessibility links

İran Kerrinin təklifini rədd edir - 2004-10-03


İran Amerika prezidentliyinə namizəd Con Kerrinin Tehranın nüvə yanacağı istehsalından əl çəkdiyi təqdirdə, bu ölkənin nüvə yanacağı ilə təmin edilməsi barədə təklifini rədd edib. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Həmid Rza Asefi bildirib ki, xaricdən təchiz edilmə müqabilində daxili nüvə texnilogiyasından əl çəkilməsi ağılsızlıq olardı. İranın elektrik enerjisi istehsalı məqsədi ilə nüvə yanacağı ilə təmin edilməsi fikri keçən həftə tele-debat zamanı senator Kerri tərəfindən səslənmişdi. Bu təklifi bir neçə Qərbi Avropa ölkəsi də irəli sürmüşdü.

XS
SM
MD
LG