Amerikanın döyüş təyyarələri İraqın Fəllucə şəhərini iki gün ərzində üçüncü dəfə hədəf alıb. Əl-Zərqaviyə sadiq döyüşçülərə qarşı bu hücum nəticəsində iki adamın həlak olduğu, 10-a yaxın adamın yaralandığı bildirilir. Hədəf alınan 10-dan 15-dək döyüşçünün yaxınlıqdakı binadan silah daşıdıqları xəbər verilir. Amerika qüvvələrinin bildirdiyinə görə, indiyədək 125 döyüşçü qətlə yetirilmiş, 88-i isə ələ keçirilmişdir.