Accessibility links

Amerikalı alimlər tibb sahəsində Nobel mükafatı aldı - 2004-10-04


Amerikalı alimlər Riçard Aksel və Linda Bak iybilmə qabiliyyəti haqda təhqiqatlarına görə 2004-cü il tibb üzrə Nobel mükafatına layiq görülüblər. İsveç paytaxtında kiçirilən mərasimdə Tibb sahəsində Nobel mükafatları komissiyasının sədri Qoran Nasson bu mükafata layiq görülənlərin adlarını elan etdi. “Karolinska institutunun Nobel Assambleyası bu gün qərara aldı ki, 2004-cü il Psixologiya, ya da tibb sahəsində mükafat iybilmə reseptorları və duyğu orqanları sisteminin təşkili sahəsində kəşpflərinə görə Riçard Aleks və Linda Baka verilsin.” Amerikalı alimlər insanın minə yaxın geninin təşkil etdiyi bir qrup aşkar etmişlər. Bu gen qrupu insanın minlərlə müxtəlif iyləri seçə bilmək və insan həyatı boyu onları yadda saxlamaq qabiliyyətini təyin edir.

Münsiflər heyətinin üzvləri deyir ki, doktor Aksel və Bak insanın müxtəlif iyləri seçi bilib yadda saxladığı haqda indiyə qədər elmə məlum olmayan bir kəşf ediblər. Bu fenomenin indəyə qədər heç bir izahı yox idi. Doktor Riçard Aksel Nyu Yorkdakı Kolumbiya universitetinin professorudur. Doktor Linda Bak Sietl şəhərində Haçinson xərçəng tədqiqatları mərkəzində çalışır. Hər iki alim bu sahədə tədqiqata on üç bundan əvvəl başlamışdır. Nobel mükafatları komissiyası deyir ki, həkimlərin bu uzun müddət apardığı tədqiqat iybilmə sisteminin molekulyar səviyyədən başlayaraq, hüceyrə yaratmağa qədər hansı şəkildə funksiya göstərdiyini izah edir. Alimlərin tapıntılarından biri göstərir ki, kişilərdə iybilmə vasitəsilə uyğun qidanın seçilməsi və çürümüş, ya da lazım olmayan qidadan imtina edilməsi həyat əhəmiyyətli bir məsələdir.

XS
SM
MD
LG