Accessibility links

Prezident Buş və senator Kerri seçicilərdən eyni dəstək aldılar - 2004-10-04


Yeni keçirilmiş rəy sorğuları seçki gününə bir aydan az qalmış bir vaxt seçicilərin prezident Buş və senator Kerriyə eyni 49 faiz dəstək verdiyi göstərir. Qallop institutunun son sorğusuna əsasən, senator Kerri debatdan bir həftə öncə prezident Buşla arasında olan fərqi azalda bilmişdir. Sorğu iştirakçıları cənab Kerrinin iqtisadi məsələləri daha yaxşı həll edə biləcəyinə inandıqlarını, lakin prezident Buşun İraq və terrorizmə qarşı müharibə məsələlərində üstün olduğunu hesab etdiklərini deyiblər. Prezidentliyə namizədlərin seçki kampaniyası isə davam edir. Senator Kerri Nyu Hempşir ştatında seçicilərlə görüşündə ABŞ prezidentini embrion hüceyrəsinin tədqiqatına dəstək verməyə çağırmışdır. Prezident Buşsa seçki kampaniyasının dayancağı olan Ayova ştatında vergi ixtisarı haqda yeni qanun layihəsinə imza atacaq. Bu arada, vitse-prezidentliyə namizədlər Dik Çeyni və Con Edvards sabah keçiriləcək yeganə teledebata hazırlaşırlar.

XS
SM
MD
LG