Accessibility links

Rusiya prezidenti terrorizmlə mübarizədə həmrəyliyə çağırır - 2004-10-05


Rusiya prezidenti Vladimir Putin terrorizmə qarşı mübarizədə beynəlxalq həmrəyliyə səsləyir. Kremldə yeni səfirlərin qəbulu mərasimində Rusiya prezidenti deyib ki, terrorizmlə mübarizədə ikili standartlara yol verilməməlidir. O, bununla çeçenlərə sığınacaq verən ölkələrə işarə edib. Vladimir Putin terroristlərin neytrallaşdırılması, onların siyasi lobbiçiliyi və ideologiyasının təcridinə çağırıb.

XS
SM
MD
LG