Accessibility links

Niyə Amerikada sosialistlər yoxdur  - 2004-10-05


Bu il Birləşmiş Ştatlarda seçkilər yaxınlaşdıqca rahat şəkildə proqnozlaşdırmaq olar ki, seçkilərin qalibi ölkənin iki əsas partiyasının, Respublikaçıların və ya Demokratların nümayəndələrindən biri olacaq. Bəs niyə görə dünyanın ən böyük demokratiyası olan Amerikada üçüncü partiya, ələlxüsus sosialist və ya zəhmətkeşləri təmsil edən partiya yoxdur. Bir çox mütəxəssislər razılaşırlar ki, Birləşmiş Ştatlar tipik olaraq sənaye baxımdan inkişaf etmiş ölkələrdən biri olsa da. Amerikanı başqalarından mühüm bir cəhər fərqləndirir. Birləşmiş Ştatlar yeganə Qərb ölkəsidir ki, burada milli səviyyədə iri sosialist partiyası yoxdur.

Şimali Karolina Universitetinin Politoloqu Gary Marks bu fərqin köklərini America Creed -- yəni Amerika İnancları adlı anlamda görür. Bu anlama bərabərlik idealları, sosial mobillik, özünə-arxalanmaq və məhdudiyyətli hökumət daxildir ki, bu prinsiplər sadə Amerikalıların beynində bu ölkə müstəqillik qazanandan bəri həkk olunub.

Hərçənd ki, biz daim öz hökumətimizin həcmindən şikayətlənirk və onun nüfuzunu həyatımızda azaltmağa çalışırırq, bütün başqa Qərb demokratiyaları ilə müqayisədə Amerikada dövlətin cəmiyyətdə rolu qat-qat aşağıdır. Birləşmiş Ştatlarda müşahidə etdiyimiz fenomen individualizm və anti-dövlətçilik mədəniyyətidir. Bu mənada Avropa cəmiyyətləri ilə müqayisədə Amerikada dövlətin vətəndaşlarla münasibətdə imkanları çox məhduddur.

İmmiqrantlar dalğasının ardı-arası kəsilməyən ölkədə milliyətlərindən asılı olmayaraq bütün insanlar sosializmi rədd edən Amerika dəyərlərini qəbul ediblər.

Lakin bu, hər zaman belə deyildi. Birinci Dünya Müharibəsinin ərəfəsində kasıb iş şəraiti və aşağı həyat standardları sosialsizm ideallarının yayılmasına yol açmışdı. 1912-ci ildə Sosialist Partiyasının namizədi Eugene Debs ümummilli seçkidə səslərin 6 faizini toplaya bildi. Yüzlərlə sosialist namizəd şəhərlər və kəndlərdə keçirilən bələdiyyə seçkilərində qələbə qazandılar. Amma bu partiyanın böyük problemi var idi.

Sosialistlər kiçik üçüncü partiya idilər. Onların xalqa verəsi konkret heç nəyləri yox idi. Verəcəkləri yeganə şey ideoloji puritanlıq idi. Onlar xalqa fərqli cəmiyət vəd edirdilər. Amma mövcud olan zəhmətkeş ittifaqları konkret yerdəki problemlərin həlli ilə məşğul olmağa üstünlük veridilər.

Utopiyaya uymuş sosialistlərdən fərqli olaraq, əmək ittifaqları maaşların artırılması və həyat standarladının qaldırılması yönümündə istər Respublikaçılar istərsə də Demokratlara birgə işləməkdə problem görmürdülər.

Con Hopkinz Universitetinin Amerika hökuməti üzrə mütəxəssisi Bencamin Grinzberqin fikrincə Amerika zəhmətkeşləri daim siyasətdən çox iqtisadi məsələlərlə maraqlanıblar.

Birləşmiş Ştatlarda əməkçilər siyasi qüvvəyə çevriləndə artıq onlar səsvermə hüqquna malik idilər. Ona görə də bir çoxları öz partiyaların yaratmaq əvəzinə mövud olan partiyalara daxil olaraq onların tərkibində mübariəzə aparmağa üstünlük veriilər.

1930-cu ildə əmələ gəlmiş Böyük Depressiya sosialistlərə yenidən siyasi səhnəyə çıxmaq imkanı verdi. Amma artıq gec idi.

İqtisadi vəziyyətin pisləşməsi əmməkçi partiyaların meydana çıxması üçün münbit şərait yaratdı. Amma Franklin Ruzvelt və onun yaratdığı dövlət proqramları Demokratlar partiyasınğn tərkibində elə qüvvəyə çevrildi ki, zəhmətkeşlərin liderləri Sosialistlərin ayrıca partiya kimi fəaliyyət göstərməsinə ehtiyac görmədilər.

Əmək İttifaqları beləlilklə Amerikanın iki-partiyalı sisteminin tərkibində öz hüquqları uğrunda mübarizə aparmada davam etdilər. Və Böyük Depresiyadan indiyə kimi mütəşəkkil zəhmətkeş hərəkatı Demokrat Partiyasına dəstəkçı olaraq Amerika siyasi spektrumun solunda fəaliyyət göstərməyə başladı.

Sosialistlər heç zaman Amerika siyasi siteminin məntiqini anlaya bilməyiblər.

Politoloq Gary Marksın fikrincə seçkilərdə məqsəd əksər yerləri udmaq yox, sadəcə olaraq rəqibdən daha çox səs toplamaqdır.

Bu da o demkdir ki, Amerikada üçüncü siyasi partiyaya faktiki yer yoxdur. Məsələ orasındadır ki, tərəflər ən geniş koalisiya əldə eməyi bacarmalıdırlar. Bu da öz növbəsində tərəfləri məcbur edir ki, öz ideoloji baxışlarını mülayimləşdirsinlər kiə bacardıqca çox seçicinin rəğbətini qazana bilsinlər.

19-cu əsr Vətəndaş Müharibəsindən bəri Amerikanın iki əsas siyasi partiyası olan Repsubolikaçılar və Demokratlar milli seçkilərdə səslərin birlikdə səslərin 95faizini toplayıblar. Bu rəqəmin isə yaxın gələcəkdə dəyişəcəyi güman edilmir.

Nə qədər ki, Amerika öz siyasətində və ideallarında qeyri-adi bir ölkə olaraq qalır, mütəxəssilsər universal qənaətdədirlər ki, soasilast partiyasının yaranması bir ovuc adamın ümidi olaraq qalalcaq.

XS
SM
MD
LG