Gürcüstanın Abxaziya regionunun seçki komissiyası bazar günü prezident seçkilərində problemlər olduğuna görə Gali vilayətində oktyabrın 17-i yenidən səsvermə keçiriləcəyini bildirib. Abxaziyanın baş naziri Raul Xadjimba səsvermə zamanı saxtakarlıqlara yol verildiyini iddia edərək, seçkilərin nəticələrinin qeyri-qanuni olduğunu deyir. Müxalif namizəd Sergey Baqapş isə artıq qələbə əldə etdiyini bildirib. Seçki nümayəndələri son nəticələrin onun irəlidə olduğunu göstərdiyini bildiriblər.