Accessibility links

ABŞ prezidentliyinə namizədlər ikinci debata hazırlaşır - 2004-10-08


Bu gün Amerika prezidentliyinə nazimzədlər Corc Buş və Demokrat Partiyasından senator Con Kerri arasında ikinci tele-debat keçirilir. Beləliklə namizədlər hələ qərarlarını verməmiş seçicilərin diqqətini cəlb etməyə çalışacaq. Rəy sorğularına əsasən Prezident Buş və senator Kerri ikinci debatlarına da eyni dərəcədə yaxınlıqla gedirlər. Prezident Buşun bir ay davam edən üstünlüyü keçən həftə keçirilən debatdan sonra bir qədər səngimişdir. İkinci debatlarda xarici siyasətlə yanaşı daxili məsələlərin müzakirəsi yer alacaq. Siyasi şərhçilərin fikrincə Con Kerri debat zamanı orta-sinif amerikalıların diqqətini cəlb etməyə çalışacaq. Bu həftə senator Kerri daxili siyasətlə bağlı daha səmərəli plana malik olduğunu seçicilərə çatdırmağa çalışmışdı. Siyasi şərhçilər deyirlər ki, seçkilərə bir aydan da az qaldığı bir vaxt namizədlər kimə səsə verəcəklərinə qərar verməyənləri inandırmaları üçün ağır təzyiq altındadırlar. İlk debatın Kerri kampaniyasına böyük köməyi dəymişdi. Belə ki, debat prezidentlə Con Kerri arasındakı uçurumu aradan qaldıra bilmişdi. Senator Kerrinin bu istiqamətdə inkişafı ikinci debatı necə keçirməsindən asılı olacaq. Təhlilçilər hesab edirlər ki, debat zamanı cənab Buş və cənab Kerri mövqelərini yığcam, lakin qəti şəkildə bildirəcəklər.

XS
SM
MD
LG