Accessibility links

Taba Hilton mehmanxanasında həlak olanların cəsədləri çıxarılır - 2004-10-09


Bu gün Misrin və İsrailin xilasedicil heyətləri cümə axşamı Sinay yarımadasındakı mehmanxanada baş verən partlayış nəticəsində həlak olanlardan daha üç nəfərin cəsədini tapıblar. Rəsmilərin bildirdiyinə görə Taba Hilton mehmanxanasında həlak olan 31 nəfərdən çoxu İsraildən olan turistlərdir. Bundan əlavə ayrı-ayrı yerlərdə baş verən hücumlar nəticəsində daha iki nəfərin qətlə yetirildiyi söylənilir. Xilasedicilərin bildirdiyinə görə Hilton mehmanxanasının ağır beton daşları altında hələ də cəsədlər qalmaqdadır. Bir neçə yaraqlı qrup bu hücumun məsuliyyətinin öz üzərinə götürsə də İsrail rəsmiləri bunun Əl Qaidənin işi olduğunu güman edirlər.

XS
SM
MD
LG