Accessibility links

Amerika müdafiə naziri Donald Ramsfeld İraqdadır - 2004-10-10


Birləşmiş Ştatlar müdafiə naziri Donald Ramsfeld bəyan edib ki, İraqda qiyamçılar Amerikanı iradə sınağına çəkirlər. İraqa elan olunmamış səfərdə olan cənab Ramsfeld bu gün Əl-Ənbər vilayətində döyüşən Amerika marinləri ilə görüşmüşdür. Cənab Ramsfeld marinlərə demişdir ki, ekstremistlər İraqda Amerikanın moralını qırmağa və mühairbə haqda özlərinə müvafiq imic yaratmağa çalışırlar. Qoşun səviyyəsinin Yanvardan qabaq endirilməyəcəyini deyən nazir eyni zamanda ümid etdiyini bildirib ki, yenicə təlim keçmiş İraq qüvvələri Amerika əsgərləri üzərinə düşən yükü azaldacaqlar. Sonradan cənab Ramsfeld İraqın baş naziri İyad Ələvi ilə görüşmək üçün Bağdada uçub.

XS
SM
MD
LG