Accessibility links

ABŞ və İraq qüvvələri üsyançılara qarşı hərbi əməliyyatlar aparır  - 2004-10-12


Birləşmiş Ştatların və İraqın hərbi qüvvələri İraq şəhələrində üsyançıları məğlub etmək üçün əməliyyatları genişləndiriblər. Ramadi şəhərində İraq hərbi qüvvələri ABŞ əsgələrinin dəstəyilə üsyançılara yardım göstərdiyinə inanılan bir neçə məsciddə reyd keçiriblər. Şahidlər əsgərlərin regionda tanınmış sünnü müsəlman ruhani Şeyx Əbdül Əleym Səədinin həbs edildiyini deyiblər. Fəllücədə Amerikanın iki hərbi təyyarəsi Əbu Müsəb Zərqavinin terror qrupu tərəfindən istifadə edildiyinə inanılan binaları raketlərdən atəşə tutub. Bu əməliyyat zamanı tələfatlar haqda məlumat verilməyib. Bağdadın Sədr hissəsində isə radikal şiə lider Müqtəda əl-Sədrə sadiq militantlar silahlarını təhvil verməyə davam edirlər.

XS
SM
MD
LG