İraqın qərbində yol kənarına yerləşdirilən bomba partlayışı nəticəsində bir Amerika əsgəri həlak olmuş, ikisi yaralanmışdır. Digər bir əsgər isə şəhərin mərkəzində keşik çəkərkən öldürülmüşdür. Fəllucə şəhərində isə Amerikanın döyüş təyyarələri Əbu Müsab Əl-Zərqavinin terror qrupunun sahələrini bombardman etmişlər. Yerli həkimlər 5 mülki vətəndaşın həlak olduğunu bildirirlər. Mosul şəhərində İraqın Milli Qvardiyası və Amerikanın hərbi maşın karvanının hədəf alındığı hücumlar nəticəsində 6 İraq əsgərinin yaralandığı, bir mülki vətəndaşın həlak olduğu xəbər verilir.