Accessibility links

Yaşıl zonaya hücum Əl-Zərqavinin əməlidir - 2004-10-14


Əbu Müsab Əl-Zərqavinin başçılıq etdiyi terror şəbəkəsi “Tohid və Cihad” Bağdadın yaşıl zonasında baş verən iki partlayışın məsuliyyətini üzərinə götürüb. Həmin bu bölgədə Amerika, İraq və Britaniya hökumətlərinin ofisləri yerləşir. Qrupun internet səhifəsində iki qrup üzvünun güclü mühafizə altında olan kompleksə daxil olmaları ən nailiyyətli əməliyyat kimi qiymətləndirilib. Birləşmiş Ştatların həbri nümayəndələri əvvəlcə elan edildiyi kimi 7 adamın deyil, 5-nin həlak olduğunu bildirir. Kafe və bazarda baş verən partlayışlar nəticəsində həlak olanların 3-ü mülki amerikalıdır. Hadisə 20-dən artıq adamın yaralanmasına səbəb olub.

XS
SM
MD
LG