İran uranın zənginləşdirilməsi proqramının dayandırılmasına dair heç bir təklifi qəbul etməyəcəyini bəyan edib. İranın yüksək səlahiyyətli nümayəndəsi Hüseyn Musavian dövlət televiziyası ilə çısışı zamanı İranın proqramı həyata keçirməsinə qanuni hüququ olduğunu deyib. Avropa diplomatları İrana uranın zənginləşdirilməsi proqramını dayadırması müqabilində, o ölkəyə texniki və iqtisadi yardım göstərilməsi təklifində Amerika və Rusiyanın dəstəyini əldə etməyə çalışırlar.