Accessibility links

Gürcüstan Rusiyadan qüvvələrini geri çəkməsini istəyir - 2004-10-16


Rusiya Gürcüstanın Abxaziya regionuna xüsusi qüvvələr yerlədirildiyinə dair ittihamlarını rədd edib. Rusiyanın müdafiə nazirliyinin sözçüsü bölgədə Rusiyanın yalnız sülhməramlı qüvvələrinin olduğunu və onlara heç bir yeni qüvvə əlavə edilmədiyini deyib. Dünən Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyadan Gürcüstanın qeyri-qanuni hesab etdiyi Abxaziya prezident seçkilərindən sonra yerləşdirdiyi qüvvələrini təcili şəkildə geri çəkməsini tələb etmişdi. Sabah Gali vilayətində yenidən səsvermə keçiriləcək.

XS
SM
MD
LG