Accessibility links

Şeyx Xalid əl-Cümeyni azad edilib. - 2004-10-18


Birləşmiş Ştatların hərbi qüvvələri Fəllücədə ABŞ qüvvələrinin genişmiqyaslı hücumunun qarşısını almaq səylərinə qatılmış vasitəçi Şeyx Xalid əl-Cümeyni azad edib. O, keçən həftə militantlar və İraq hökuməti arasında danışıqlar kəsildikdən sonra həsb edilmişdi. Baqubada polis konvoyu gecə pusquya düşmüş, hadisə nəticəsində 7 zabit yaralanmıdır. Polis silahlı şəxsin qaçdığını deyib. Bu arada, İraqın baş naziri İyad Əlavi hökumətin silahı təhvil verənlərə pul vəsaiti verilməsi proqramının vaxtını uzadacağını bəyan edib. Hökumətin bu addımı İraqda seçkilərdən öncə əhalinin tərksilah edilməsi məqsədi daşıyır.

XS
SM
MD
LG