BMT-nin Təhlükəszlik Şurası bir daha Suriyanı qüvvələrini Livandan çıxarmağa çağırıb. Bu, cari ay ərzində Təhlükəsizlik Şurasının ikinci çağırışıdır. Dəməşq dəfələrlə Livanda 14 min əsgərdən ibarət qüvvəsinin saxlanmasını İsrailin Livana müdaxiləsinin qarşısının alınması məqsədi daşıdığını demişdir. Suriya qüvvələrini bütövlüklə İsrail-Fələstin münaqişəsinin nizamlandığı təqdiqdə geri çəkəcəyini bildirir. Bu gün yekdilliklə qəbul edilən bəyannamədə deyilir ki, Suriya sentyabrın 2-i qəbul edilən qətnamənin şərtlərinə əməl etməlidir.